"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan su nəqliyyatı vasitələri təkrar satışa çıxarılır.
	
Trend-in əldə etdiyi məlumata görə, siyahıda 35 ədəd müxtəlif su nəqliyyat vasitəsi yer alıb.
	
Məlumata görə, satışa çıxarılan su nəqliyyat vasitələrindən ən köhnə olanın buraxılış ili 1984, ən yenisinin isə 2011-dir. Onların start qiyməti isə istehsal ilindən asılı olaraq 2 850 manatdan 2 185 000 manatadək, ödəniləcək 10% behin həcmi isə 285 manatdan 285 min manatdadək dəyişir.
 
	
Hərrac 13 fevral 2025-ci il tarixində saat 10:00-da təkrar keçiriləcək.
	
Hərraclarda iştirak etmək istəyən şəxslər sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
 
             
            
Şərhlər