Sağlamlıq 18:20 13.05.2022

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olundu

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.

Bu barədə Qaynarinfo-ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan "Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib: "Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır".