Xəbər lenti

Sənət 14:30 12.05.2022

Azərbaycanda "Mən qadınam"ı yazanlara 4500 manat veriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı "Mən qadınam” adlı ssenari müsabiqəsi keçirir.

Bu barədə Qaynarinfo-ya ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib.
 
Müsabiqəyə təqdim olunacaq ssenarilərin çap versiyasının qəbulu mayın 16-na kimi davam edəcək.

Əli İsa Cabbarovun sözlərinə görə, bu günə kimi Kinematoqrafçılar İttifaqına 50-dən yuxarı ssenari təqdim edilib:

"Qaliblərin adları iyul ayı ərzində açıqlanacaq. Qalib ssenarilər mükafatlandırılacaq. 1-ci yer 2000, 2-ci yer 1500, 3-cü 1000 manata sahib olacaq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->