Azərbaycanda yeni trend: Yas mərasimləri üçün də dəvətnamələr hazırlanır
Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Əvvəllər insanlar əsasən xoş günlərini paylaşmaq münasibətilə qonaqlara dəvətnamə göndərirdilərsə, indi kədərli anlarında da yanlarında olmaqlarını istədikləri adamlara dəvətnamə göndərirlər.
Şəhər sakinləri bu halla bir neçə dəfə qarşılaşdıqlarını və xoş qarşılamadıqlarını bildiriblər.
Sosioloq Rəşad Əsgərov deyir ki, cəmiyyətdə bu tendensiya birmənalı olaraq qarşılanmasa da, son günlər yas mərasimləri üçün dəvətnamə göndərmək trendə çevrilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər