Ölkə 23:46 15.12.2022

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

Bu barədə Qaynarinfo Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.