XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycandakı bu yol qalib oldu
Ölkə20:59 19.08.2026

Azərbaycandakı bu yol qalib oldu

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ İnşaat Metodologiyası" kateqoriyasında qalib seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır.

Tunellərin ümumi uzunluğu 6,3 km-dən çox, ən uzun tunel isə 3,34 km-dir.