XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şəhla Həmidova yarışmaları tənqid etdi: "Münsiflər heyəti ayrı-seçkilik edir"
Maqazin16:49 19.08.2026

Şəhla Həmidova yarışmaları tənqid etdi: "Münsiflər heyəti ayrı-seçkilik edir"

"Bütün layihələrdə SMS səsvermə ləğv olunmalıdr".

Bunu Qaynarinfo-ya açıqlamasında "Xalq ulduzu" yarışmasının iştirakçısı Şəhla Həmidova deyib.

O bildirib ki, əgər SMS ləğv olunmasa, yarışmaya qatılan istedadlı iştirakçılar kənarda qalacaq:

"Amma yarışma SMS-siz olsa, qalib düzgün seçiləcək. Düzdür, keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvləri arasında da ayrı-seçkilik olur. Oxuyan, istedadlı uşaqlar çoxdur, onların isə irəliyə getmək üçün imkanları yoxdur. Bəzən buna münsiflər də mane olur".

Şəhla Həmidova vurğulayıb ki, əgər o vaxt "Xalq ulduzu" SMS-siz olsaydı, bu gün öndə gedən sənətçilərdən biri idi:

"Birinci yerdə ya mən idim, ya da Eldəniz Məmmədov. Əsas odur ki, məni aldadıb dördlükdən çıxartmayacaqdılar. İstedadlı gəncləri itirdikcə, nə qədər eybəcərliklər varsa, ortaya çıxır. Yarışma ilk dəfə Türkiyədə keçirilib. Həmin vaxt qərar verildi ki, hər bir iştirakçıya eyni nömrədən bir SMS qəbul olunacaq. Elə də oldu, ikincisinə icazə verilmədi. Odur ki, onların yarışmalarında istedadlılar üzdə qalır".

Şəhla Həmidova istedadlıların yarışmanı tez tərk etməsində münsiflər heyətini ittiham edib:

"Münsiflər qərəzsiz olmalıdır. Onlar bütün oxuyanlara eyni gözlə baxmalıdır. “Mənim tələbəm”, “onun tələbəsi” deməməlidir. Çox təəssüf edirəm ki, bunlar var. Bundan sonra heç vaxt hansısa müsabiqəyə qatılmayacam".

Bahar Rüstəmli