Xəbər lenti

Ölkə 12:47 10.06.2024

"Azərbaycanfilm"də nə baş verir? - Rəhbərlik istefa verdi (AÇIQLAMA)

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib. 

Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Bahar Rüstəmli
--> -->