Xəbər lenti

Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Ölkə 16:11 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

15.39
 
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, yeraltı təkan bir neçə rayonda hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

15.30
 
Azərbaycanda zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, ilkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.

O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.
--> -->