Xəbər lenti

Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub oldu
İdman17:18 27.03.2023

Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.
Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Halbuki "Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.
Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.