Xəbər lenti

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi
İdman 10:48 29.07.2026

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Qaynarinfo xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.

25-ci yerdəki İsrailin 21.500 əmsalı var.

UEFA reytinqində İngiltərə (101.852) liderdir.

Qeyd edək ki, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmasından sonra Azərbaycanın UEFA reytinqinə 0.125 xal əlavə olunsa da, mövqeyinə təsir etməyib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->