Fənərbağça Medicana voleybol komandası CEV Kubokunun 1/8 final mərhələsinin cavab oyununda Sloveniyanın OK Alpacem komandasını qəbul edəcək.
Qarşılaşma sabah saat 19:00-da start götürəcək.
Görüşü azərbaycanlı hakim Eldar Əliyev və yunanıstanlı hakim Alexandros Avramidis idarə edəcək.
İlk oyunda rəqibini 3-1 hesabı ilə məğlub edən Fənərbağça, cavab qarşılaşmasında iki set qazanacağı təqdirdə pley-off mərhələsinə yüksələcək.
Qafqaz
Şərhlər