Xəbər lenti

İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur
Ölkə 19:47 27.01.2026

İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur

Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə Aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
 
 

 

 

--> -->