Xəbər lenti

Azərbaycanlılar niyə Türkiyədə ev almağa daha çox meyil edir?
Ekonomiks 16:00 02.05.2022

Azərbaycanlılar niyə Türkiyədə ev almağa daha çox meyil edir?

"Yaşamaq və işləmək üçün Türkiyəyə gedənlərin sayının artması yaranmış bu tendensiyada mühüm rol oynayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cari ilin birinci rübündə keçən ilin anoloji dövrü ilə müqayisədə Türkiyədə ev və əmlak alan azərbaycanlıların sayının 18 faiz artmasından danışarkən deyib:

"Ümumiyyətlə, son zamanlar əmlak alqı-satqısı dinamikasında vəziyyət Türkiyənin xeyrinə dəyişməkdədir. Əvvəllər Azərbaycan vətəndaşları bu istiqamətdə daha çox Rusiya və Gürcüstana meyil göstərirdisə, indi Türkiyə üzrə ev alanların sayı artmaqda davam edir. Yaşamaq və işləmək üçün Azərbaycandan Türkiyəyə gedənlərin sayı ilbəil artır. İlk növbədə mövcud dinamikaya bu amil təsir edib. Düşünürəm ki, növbəti illərdə də Türkiyədən ev alan soydaşlarımızın say nisbəti artmaqda davam edəcək və bu prosesdə yenə də yaşamaq və işləmək üçün gedənlər xüsusi çəkiyə malik olacaqlar. 

Türkiyə daşınmaz əmlaka hüquqların təminatı baxımından da vacib ölkələrdən biridir. Eyni zamanda, qardaş ölkə dayanıqlı iqtisadiyyata malik ölkədir. Bu səbəblər də Türkiyədə ev almağa maraq göstərənlərin sayının artmasına gətirib çıxarır”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->