Xəbər lenti

Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub (VİDEO)
Video 22:40 20.07.2026

Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub (VİDEO)

Azərbaycanlıların olduğu daha bir gəmi Rusiyada hücuma məruz qalıb.

Qara dənizin şimal-qərbində, Rusiyanın Anapa şəhəri yaxınlığında ekipaj üzvləri arasında azərbaycanlıların da olduğu "Babylon" adlı quru yük gəmisinə Ukraynanın dron hücumu olub. Hadisə baş verən an gəmidə olan azərbaycanlı ekipaj üzvü Amil Baxşızadə təfərruatları "Xəzər Xəbər”ə danışıb.

Məlum olub ki, hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. Tüstüdən zəhərlənən heyət üzvlərinə xəstəxanada tibbi yardım göstərilib.

Hazırda "Babylon" gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->