Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Qaynarinfo xəbər verir ki, yarışda ölkəmizi təmsil edən "Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edəcək.
20:00-da start götürəcək görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
21 iyul
20.00 Sabah (Azərbaycan) - KuPS (Finlandiya)
Hakimlər: Lukaş Kujma, Yakub Vinkler, Pyotr Podbyelski, Marçin Şerboviç (Polşa).
VAR: Pavel Maleç (Polşa).
AVAR: Pavel Pskit (Polşa).
Masazır stadionu.
Şərhlər