Xəbər lenti

Bu ölkədə artıq seçkilər keçirilməyəcək - Müxalifətə görə..
phrase_var_qaynar. 10:10 21.07.2026

Bu ölkədə artıq seçkilər keçirilməyəcək - Müxalifətə görə..

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, bu qərar müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədi daşıyır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.

"Artıq burada heç bir seçki olmayacaq ki, onlar (müxalifət partiyaları) hökuməti ələ keçirməyə və hakimiyyəti əldə etməyə cəhd göstərməsinlər", deyə Orteqa 1979-cu ildə Somosa ailəsinin uzunmüddətli diktaturasının devrilməsi ilə nəticələnən Sandinista inqilabının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

2007-ci ildən prezident vəzifəsini tutan Orteqa qeyd edib ki, hakimiyyət Milli Assambleya və aidiyyəti dövlət qurumları ilə birlikdə yeni qanunlar üzərində işləyəcək.

"Bizə elə qanunlar lazımdır ki, ölkəsinə xəyanət edən sui-qəsdçilərə və satqınlara qarşı divar, maneə yaratsın", deyə o vurğulayıb.

Növbəti prezident seçkilərinin gələn il keçirilməsi planlaşdırılırdı. Lakin Orteqa onların tamamilə ləğv ediləcəyini, yoxsa müxalifətin seçkilərdə iştirakına qadağa qoyulacağını dəqiqləşdirməyib.

"The Guardian” xatırladır ki, 2021-ci il prezident seçkiləri ərəfəsində Orteqa hakimiyyəti bir sıra müxalifət partiyalarının fəaliyyətini qadağan etmiş, prezidentliyə namizəd olan bütün əsas müxalifət təmsilçiləri isə həbs edilmişdi.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->