Ekonomiks 15:27 02.09.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (04-05.09.2023 və 07-08.09.2023 tarixləri) daha 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Salyan rayonu, Arbatan kəndində (Bələdiyyənin qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonu, Pirsaat qəsəbəsində (Şəmsi Həsənov adına orta məktəbin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək İmişli rayonu, Hacırüstəmli kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Neftçala rayonu, Cəngan kəndində (kənd orta məktəbinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.