Ekonomiks 10:20 14.05.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-a dək "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü Biləsuvar rayonunda (Köhnə Amankənd yaşayış massivi), 4-cü günü Lerik rayonunda  (Mədəniyyət Mərkəzi), 5-ci günü isə Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.