Xəbər lenti

Foto 10:14 10.06.2026

"Azərlotereya" qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

"Azərlotereya”nın "Media klub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.

Səhər yeməyi formatında keçirilən tədbirdə 30-dan artıq media qurumunun xanım nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi qadın sağlamlığı, profilaktik müayinələrin əhəmiyyəti, vaxtında diaqnostikanın insan həyatındakı rolu və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması barədə maarifləndirmə işlərinin aparılması olub.

Tədbirdə bu cür maarifləndirici təşəbbüslərin ictimai əhəmiyyəti vurğulanıb. Görüş zamanı qadın sağlamlığı, check-up müayinələri, mamoqrafiyanın önəmi, erkən diaqnostika və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub, media nümayəndələrinin sualları cavablandırılıb.

"Azərlotereya” ASC-nin mütəmadi olaraq təşkil etdiyi "Media klub” layihəsi media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi, ictimai əhəmiyyət daşıyan mövzular üzrə maarifləndirmənin artırılması və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədini daşıyır.
--> -->