Xəbər lenti

Ekonomiks 17:03 09.06.2026

"Bakı Kart" niyə bahalaşdı? - Ekspert səbəbi açıqladı

"Bakı Kart"dan istifadə tədricən azalır".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov "Bakı Kart"ların qiymətinin 2 manatdan 3 manata qaldırılmasının səbəblərini izah edərkən deyib. 

O, bildirib ki, bu gün ictimai nəqliyyatda həm mobil, həm də müxtəlif bankların kartlarından istifadə olunur:

"Bank tətbiqlərindən görünür ki, ictimai nəqliyyatda gedişlə bağlı sərfəli təkliflər var. Bu səbəbdən də "Bakı Kart"dan istifadə azalıb".

Eldəniz Cəfərov "Bakı Kart"ın artıq mobil tətbiqlərə inteqrasiya olunduğunu vurğulayıb:

"İnsanlar mobil tətbiqlərdə ondan daha çox istifadə edirlər".   

Xatırladaq ki, iyulun 1-dən "Bakı Kart" kartlarının satış qiymətində dəyişiklik olacaq. Həmin tarixdən kartların satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.

Bahar Rüstəmli
--> -->