Xəbər lenti

İdman 20:13 16.01.2024

Bakı klubu "Portu"nun yetirməsini transfer etdi

Mövsümün ikinci yarısına hazırlaşan "Səbail" yeni transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Qvineya-Bissaudan olan yarımmüdafiəçi Madi Queta ilə anlaşıb.

"Portu"nun yetirməsi olan və karyerası əsasən Portuqaliya klubları ilə bağlı olan 25 yaşlı futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilməlidir. Onunla il yarımlıq müqavilə razılaşdırılıb.

Madinin sonuncu klubu Portuqaliyanın Sequnda Liqasında çıxış edən "Mafra" olub. 

"Səbail"in yeni transferi Portuqaliyanın Gənclər Liqasının (U-19) və beynəlxalq "UEFA International Cup" turnirinin qalibidir. 2018-ci ildə Londonda baş tutan final matçında "Arsenal"ı 1:0 yenərək turnirin qalibi olan "Portu"nun U-23 komandasının yeganə qoluna məhz Madi imza atıb. 

Madi Queta Portuqaliyanın U-17 və U-19 millilərində çıxış etsə də, sonradan Qvineya-Bissau yığmasını seçib. O, Afrika təmsilçisinin heyətində 2022-ci ilin iyununda debüt edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?