"Bakı Metopoliteni" söz verdiyi maaşı vermədiyi üçün qurumla yollarını ayırdı
Teleaparıcı Nərmin Salmanova, Bakı Metropoliteni ilə əməkdaşlıq barədə xəbərləri təkzib edərək, razılaşmanın məvacibin dəyişdirilməsi səbəbilə pozulduğunu bildirib.
Qaynarinfo Anews.az-a istinadla xəbər verir ki, Salmanova sosial şəbəkədə paylaşdığı açıqlamasında qeyd edib ki, televiziya fəaliyyətindən ayrılması Metropolitenin təklifi və yeni sahədə özünü sınamaq istəyi ilə bağlı idi. Onun sözlərinə görə, danışıqlarda ilkin əməkhaqqı məbləği razılaşdırılsa da, müqavilədə əvvəlkilə uyğun olmayan, fərqli məbləğ göstərilib və buna görə əməkdaşlıq baş tutmayıb.
"Orada çalışdığım barədə yayılan məlumat düzgün deyil”, — Salmanova bildirib və hazırda peşəkar planlarını dəyərləndirdiyini vurğulayıb.
Bir müddət öncə mətbuatda Nərmin Salmanovanın Bakı Metropoliteninə mətbuat katibi təyin olunması ilə bağlı xəbər yayılmışdı. Salmanova həmin vaxt bu xəbəri təkzib etməmişdi.
Qeyd edək ki, N.Salmanova buna qədər bir neçə telekanalda aparıcı kimi çalışıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər