Ekonomiks 14:26 31.01.2023

"Bakı Metropoliteni" tender qaydalarını pozdu: 222 minlik müqavilə kimə verildi?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender qaydalarını pozub.

Qaynarinfo-nun məlumatına görə, "Bakı Metropoliteni" QSC "Bakı Metropoliteni” QSC-nin "Yaşıl” və "Qırmızı” xəttlərinin stansiya və tunellərindəki ventilyasiya şaxtaları üçün səsboğucuların satınalınması ilə bağlı tendərə yekun vurub.

Tenderin qalibi "VK Group Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Tərəflər yanvarın 27-də 222.427.81 manatlıq sözləşmə imzalayıb.
 


Məsələ burasındadır ki, müsabiqənin qalibinin 68.239.83 manat vergi borcu var. Bu isə qanun pozuntusu deməkdir. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakı pozuntu halı sayılır.

Qeyd edək ki, "VK Group Constructıon” MMC-nin qanuni təmsilçisi Vüsal Kərimov Şamil oğludur.

Əhməd