Xəbər lenti

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı
Ölkə 20:10 13.06.2025

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Bu barədə Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini 13 iyun tarixindən dayandırıb.

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın "141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->