Xəbər lenti

Ölkə 15:37 14.06.2025

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən "Zümrüd Residence”də bədbaxt hadisə baş verib.

"Qafqazinfo” xəbər verir ki, 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

TƏBİB-dən bildirilib ki, 14 iyun 2025-ci il tarixində 8 yaşlı şəxs (kişi cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub.

Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->