Xəbər lenti

Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi
Ölkə 15:19 30.05.2024

Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi

Bakıda ərəbləri gəzdirən bələdçi saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Rəvan Sabirov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Rəvana protokol tərtib edilməsinə səbəb ərəb turistlə arasında baş verən anlaşılmazlıq olub. 

Təqsirləndirilən şəxs bildirib ki, Bakıda bələdçi kimi fəaliyyət göstərir və xarici vətəndaşları Yanar dağ abidəsi, İçərişəhər və s. gəzməli yerlərdə müşayət edir. Son dəfə "Snapchat" hesabından tanış olduğu ərəblə "Oliqarx" restoranında görüşüb. 

Turist ondan 100 manat qarşılığında Yanar dağa, İçərişəhərə, Quba, Qəbələ rayonuna gəzdirməsini istəyib. Lakin Rəvan 100 manat qarşılığında yalnız şəhəri gəzdirə biləcəyini deyib. 

Ərəb həmçinin əlavə olaraq ona kömək edəcəyini deyib və verəcəyi 100 manatı rəfin üstünə qoyduğunu bildirib. Rəvan həmin pulu götürərək, günorta onu Yanar dağa gəzdirməyə aparacağını deyib. Bu zaman ərəb turist bələdçiyə yalnız onu gəzdirdikdən sonra pulu verəcəyini bildirib. Rəvandan götürdüyü pulu geri qaytarmasını tələb edib. Bu zaman onlar arasında mübahisə yaranıb. Bundan sonra ərəb turist 102 xidmətinə zəng edərək, şikayət edib. 

Hər ikisi polis şöbəsinə dəvət edilərək izahatları alınıb. İzahat zamanı Rəvan bölmədə mübahisə etməyə başlayıb. Bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə bələdçi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 200 manat cərimə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->