Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.
Bu barədə Qaynarinfo-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Şərhlər