Xəbər lenti

Bakıda İsrail-Suriya danışıqları: Tərəflər hansı məsələni müzakirə edəcək?
Dünya 16:50 18.09.2025

Bakıda İsrail-Suriya danışıqları: Tərəflər hansı məsələni müzakirə edəcək?

"Tərəflər druzlarla bağlı məsələdə eyni nəticəyə gələ bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Bakıda bu gün keçiriləcək İsrail-Suriya görüşünü şərh edərkən deyib.

Ekspert bildirib ki, danışıqlarda Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq:



"İsraillə Suriyanın razılığa gəlməsi üçün prosesdə Türkiyənin də rəyi nəzərə alınmalıdır. Çünki Suriya ilə İsrail druzlarla bağlı məsələ istisna olmaqla digər məsələlərə toxunacaqlarsa, onda Ankaranın rəyi nəzərə alınmadan heç bir iş görə bilməyəcəklər. Söhbət yalnız druzlardan gedərsə, yalnız bu halda tərəflər ola bilsin ki, hansısa vahid fikrə və yaxud nəticəyə gələ bilərlər. Onlar digər məsələləri də müzkirə edə bilərlər. Ancaq dediyim kimi, bu halda Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq".

Qeyd edək ki, sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələrinin növbəti görüşü nəzərdə tutulub. Sky news Arabianın məlumatına görə sayca üçüncü olacaq görüşdə təhlükəsizlik məsələləri müzakirə ediləcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->