XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Ölkə09:19 08.10.2026

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir.

Qaynarinfo xəbər verir ki, tədbirin ikinci günündə “Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması tədbirləri”, “Dəfn yerlərindən identifikasiyaya: milli yanaşmalar və qabaqcıl təcrübələr”, “Axtarışdan kənarda: itkin düşmələrin ailələrə və icmalara uzunmüddətli təsiri” mövzusunda panel sessiyalar keçiriləcək.

Həmçinin “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbirin keçirilməsi, o cümlədən konfransın yekun bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.