XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Lerikdə qəza - 3 nəfər yaralandı
Ölkə20:47 07.10.2026

Lerikdə qəza - 3 nəfər yaralandı

Lerikdə yol- nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Blaband kəndində qeydə alınıb.

Belə ki, Sadiq Novruzovun idarə etdiyi “Niva” markalı maşın və “UAZ” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Niva”da olan 3 nəfər xəsarət alıb.

Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bağırovun xəsarəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona kəllə-beyin travması diaqnozu təyin edilib. Müalicəsi xəstəxanada davam etdirilir.