Xəbər lenti

Bakıda söyüş söyən həkim həbs edilib:
Dünya 13:55 25.07.2025

Bakıda söyüş söyən həkim həbs edilib: "Pasiyent pulumu vermirdi..."

Bakıda işlədiyi xəstəxanın qarşısında söyüş söyən həkim saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə "AAA" Estetik (Klinika) Mərkəzində baş verib. 

Belə ki, həmin klinikada stomatoloq həkim işləyən 1988-ci il tarixdə Beyləqan rayon sakini K.M. adlı şəxs saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə stomatoloq özünü təqsirli bilərək bildirib ki, hadisə "AAA” Estetik Mərkəzində, iş yerinin qarşısında olub. 7-8 ay öncə dişini müalicə etdiyi xəstə pulunu ödəmədiyi üçün ona zəng edib. Lakin borclu pasiyent ödənişdən imtina etdiyi üçün onu söyməyə başlayıb. O, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə K.M. İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinib və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 25 gün müddətinə həbs olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->