Ekonomiks 18:54 28.11.2022

Bakının məşhur “avtoş”u məhkəməyə verildi (SƏBƏB)

"Avtoş” kimi tanınan Yarbala Yusifov məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətidir (ASC). İş Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatındadır. 

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, Yarbala Yusifov 80-ci illər Bakısının məşhur avtoxuliqanı olub. Hazırda 62 yaşı var. 

Seyid