Xəbər lenti

Bakıya sərnişin daşıyan avtomobil Masallıda qəzaya uğradı, ölən var
Ölkə 13:57 27.03.2026

Bakıya sərnişin daşıyan avtomobil Masallıda qəzaya uğradı, ölən var

Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.

"Report"un məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
--> -->