Xəbər lenti

Pentaqon Yaxın Şərqə əlavə 10 min hərbçi göndərə bilər
Dünya 14:31 27.03.2026

Pentaqon Yaxın Şərqə əlavə 10 min hərbçi göndərə bilər

ABŞ yaxın günlərdə Yaxın Şərqə əlavə 10 min hərbçi göndərə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” nəşri ABŞ Müdafiə Nazirliyində yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərar qəbul olunarsa, Vaşinqton regiondakı hərbi kontingentini əhəmiyyətli dərəcədə artıracaq. Bu isə ABŞ-ın İranda quru əməliyyatına hazırlaşdığına işarə kimi qiymətləndirilə bilər.

Nəşr qeyd edir ki, bu proses ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranla müharibənin dayandırılması istiqamətində guya uğurlu danışıqlar apardığı barədə açıqlamaları fonunda baş verir. İran isə ABŞ-ın şərtlərini qəbul etmir və Vaşinqtonun diplomatik təzyiqlərini "növbəti hiylə” kimi dəyərləndirir.

"Axios”un yazdığına görə, qərar artıq gələn həftə qəbul oluna bilər. Bildirilir ki, yeni göndəriləcək hərbçilər artıq regionda olan və ya daha əvvəl göndərilmiş bölmələrdən fərqli hərbi hissələrdən seçiləcək.

Aydın
--> -->