"Bank kartlarının digər şəxsə verilməsi ilə bağlı cəzaların müəyyənləşdirilməsi absurddur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert insan hüquqlarını pozan, xüsusi mülkiyyət hüquqlarına problem yaradan qanunların müzakirəsini düzgün hesab etmədiyini diqqətə çatdırıb:
"Absurd məsələdir. Kim istəyir bank kartını və onun içindəki pulu könüllü olaraq istədiyi şəxsə verə bilər. Bu məsələdə heç bir məhdudiyyət qoyula bilməz. Olmalı da deyil. Biz vətəndaş olaraq öz pulumuzu kimə istəyirik verə bilərik. Bu xüsusi mülkiyyətdir. Kartda vəsait saxlamıram, pulumu xeyriyyəçiliyə xərcləyirəm, bunun məsələyə aidiyyatı yoxdur".
Xalid Kərimli Azərbaycanda bunun mülki məcəllə ilə tənzimləndiyini və Roma hüququna əsaslandığını xatırladıb:
"Burada mülkü hüquq qabiliyyəti olan şəxslər kartdan istifadə etməklə alqı-satqı edə bilər. Məsələn, 7-14 yaşlı uşaqlara müəyyən kartlar verilə bilər və onlar mağazalarda alış-veriş edərlər".
Bahar Rüstəmli
Şərhlər