Xəbər lenti

İdman 17:48 06.09.2023

"Barselona"nın sabiq baş məşqçisi bu klubdan da qovuldu

İspaniya La Liqası təmsilçisi "Vilyarreal"ının baş məşqçisi Kike Setyen istefaya göndərilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlam verilib. 64 yaşlı ispan məşqçiyə göstərdiyi səylərə görə təşəkkür edilib və komandanın müvəqqəti olaraq idman direktoru Migel Anxel Tenaya tapşırıldığı bildirilib. 

2022-ci ilin oktyabrında baş məşqçi postuna gətirilən Setyenin rəhbərliyi altında 2022-23 mövsümünü beşinci pillədə başa vuran "Vilyarreal" bu mövsüm dörd oyundan sonra üç xalla 15-ci pillədə qərarlaşıb.

Setyen əvvəllər "Rasinq", "Las Palmas", "Real Betis" və "Barselona"nı, həmçinin ​​Qvineya  millisini çalışdırıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->