Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib.
Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova "daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.
Oxu24.com-un əldə etdiyi məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır.
Onlar əslən Ağdaş rayonundan olsalar da, sonradan Qəbələ şəhərinə köçüblər.
Qaynarinfo-nun məlumatına görə, bu gün general-mayor rütbəsi alan digər şəxs - Seymur Qaraşov isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
Şərhlər