Xəbər lenti

İdman 12:43 12.01.2024

"Bavariya"nın ingilisi sabiq klubuna qayıtdı

"Bavariya" "Tottenhem"dən ingilis müdafiəçi Erik Dayeri icarəyə verib.
 
Qaynarinfo-nun məlumatına görə, Almaniya təmsilçisi 29 yaşlı ingilis müdafiəçini mövsümün sonuna qədər icarəyə götürdüklərini açıqlayıb. Müqavilədə bir il müddətinin uzadılması variantının olduğu da bildirilib.
 
Peşəkar karyerasına Portuqaliya klubu "Sportinq"də başlayan Dayer 2014-cü ildə "Tottenhem”ə transfer olunub.

İngiltərə millisində də 49 dəfə forma geyinən futbolçu bu mövsüm oynamaq şansı tapmaqda çətinlik çəkdiyi "Tottenhem"də dörd matça çıxıb.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?