Xəbər lenti

Dünya 09:33 20.05.2023

Bayden Ukraynaya 375 milyon dollarlıq yardım paketini açıqlayacaq - "Politico"

ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenski ilə Yaponiyada keçirilən G7 sammitində görüşdən sonra Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.

Qaynarinfo xəbər verir ki, "Politico" bu barədə müzakirələrlə tanış olan üç amerikalı və ukraynalı rəsmiyə istinadən yazır.

Paketə artilleriya, zirehli texnika və tank əleyhinə silahlar daxil olacaq.

Bir gün əvvəl Bayden Amerikanın F-16 qırıcılarının Ukraynaya təkrar ixracına "yaşıl işıq” yandıracağını açıq şəkildə bildirmişdi. Amerika həmçinin ukraynalı pilotların bu təyyarələri idarə etmək üçün hazırlanması üzrə birgə beynəlxalq səyləri dəstəkləyəcək.

Belçika, Danimarka və Hollandiya da öz növbəsində təlim proqramında iştirak etməyə hazır olduqlarını bəyan ediblər və Norveç də köməyi nəzərdən keçirir.

Eyni zamanda, ABŞ da daxil olmaqla, heç bir ölkə Ukraynaya F-16-ların göndərilməsi barədə öhdəlik götürməyib.

Qeyd edək ki, mayın 19-da Zelenski gözlənilmədən Səudiyyə Ərəbistanına, sonra isə Xirosimaya səfər edib. Ukrayna lideri Yaponiyada Baydenlə görüşəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->