Xəbər lenti

Bayram günləri Bakıdan bölgələrə nə qədər sərnişin daşınıb?
Ekonomiks 18:33 01.01.2026

Bayram günləri Bakıdan bölgələrə nə qədər sərnişin daşınıb?

Azərbaycanın avtovağzal və avtostansiyalarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 29-31 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 838 reyslə 25 046 sərnişin daşınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az” portalından alıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.

Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən "biletim.az”dan əldə etmələri tövsiyə olunur.
--> -->