Xəbər lenti

Dünya 18:54 12.03.2024

Belçikada məhbusları evlərinə “məzuniyyət”ə göndərmək istəyir

Belçika höküməti məhbusları evlərinə "məzuniyyət"ə göndərmək istəyirlər. Ölkənin hakimiyyət orqanları bu təşəbbüslə həbsxanalardakı sıxlıq səbəbindən çıxış ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məhbusların sayı artıq tutumu keçib: Belçikada 10,700 həbsxana yerində 12 mindən çox məhbus var. "Belga" agentliyinin məlumatına görə, Antverpen, Brügge və bəzi digər şəhərlərdə həbsxanalar hətta yeni məhbusları qəbul etməkdən imtina ediblər. Martın 14-də isə həbsxana nəzarətçilərin həmkarlar ittifaqı hətta 24 saatlıq tətil elan edib. 

Nəticədə Belçika Nazirlər Kabineti gözlənilməz təkliflə çıxış edib: bəzi məhbuslar cəzalarını "ev dustaqlığı" ilə çəkəcəklər. Oxşar təcrübə artıq koronavirus pandemiyası zamanı tətbiq edilib - o zaman məhbuslar bir həftə evdə, bir həftə isə həbsxanada qala bilərdilər. Əsasən, bu cür münasibətə müddəti artıq başa çatmaq üzrə olanlara verilirdi. İndi güman edilir ki, cinayətkarlar da növbə ilə - bir ay kamerada, bir ay ev dustaqlığında ola biləcəklər.

Təbii ki, hamı "məzuniyyət"ə göndərilməyəcək. Terrorçuluq, cinsi cinayətlər və uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlərə yeniliklər şamil edilməyəcək. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->