Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Əzizov Əsəd Qacar oğlunda ofis avadanlıqları alacaq. 
	
Qaynarinfo-nun məlumatına görə, Əsəd Əzizov İnstitutun bununla bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. Ofis avadanlıqlarına görə Əsəd Əzizova 7 280,6 manat ödəniləcək. 
 
	
Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. Qanun onun bizneslə məşğul olmasını qadağan etsə də, Əsəd Əzizov satınalma müsabiqələrində fəal iştirak edir. O, cari ildə müxtəlif dövlət qurumlarından 300 min manatlıq sifariş alıb. 
	
Seyid
             
            
Şərhlər