Xəbər lenti

Berbok saxta pornoqrafik məzmunlardan və Avropanın passivliyindən narazıdır
Dünya 15:45 11.02.2026

Berbok saxta pornoqrafik məzmunlardan və Avropanın passivliyindən narazıdır

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok Avropa Parlamentində çıxış edərək qadınlara qarşı nifrət kampaniyaları və onlayn zorakılıq mövzusuna toxunub. 

Qaynarinfo-nun məlumatına görə, Berbok vurğulayıb ki, bütün deepfake videoların 95%-i pornoqrafik materiallardan ibarətdir və onların 99%-i qadınlara yönəldilir.

Berbok hazırda BMT Baş Assambleyasının sədri olan Berbok 2021-ci il seçki kampaniyası zamanı və nazir vəzifəsində olarkən saxta kampaniyaların hədəfi olub və həmçinin seksual qısnama halları ilə üzləşib.

2024-cü ilin avqust ayında Berboka nigeriyalı seks işçisi ilə romantik münasibətdə olmaq ittihamı irəli sürülüb. Xarici İşlər Nazirliyi bu xəbəri "yalan, uydurma və tamamilə absurd” adlandırıb və bu şayiənin müəllifi və ya sifarişçisi kimi Rusiya təsir aktorlarını şübhəli sayıb.

2021-ci ilin yayında sosial şəbəkələr və messencerlər vasitəsilə Berboka bənzəyən qadının çılpaq şəkli yayılıb və yanında "Mən gənc idim və pula ehtiyacım var idi” yazılmışdı. Lakin sonradan məlum olub ki, bu başqa bir şəxsin şəklidir. Berbok daha sonra bu saxtakarlıqla bağlı bildirib:
"Onlar məni guya fahişə kimi pul qazandığımı göstərmək istəyirdi".

Avropa Parlamentində çıxışı zamanı Berbok qətiyyətli olmağa çağırıb: "Həqiqəti qorumaq tamaşaçı oyunu deyil. Biz haqsızlıq baş verərkən hərəkətsiz qalmağa luksu olan kənar müşahidəçilər deyilik… Susmaq qərardır. Hərəkətsizlik qərardır".

Aydın

--> -->