Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri - İsfəndiyar Vahabzadə və Qüdrət Qulu, həmçinin sədrin müşaviri Nuridə Hidayət partiyadan istefa verib.
Qaynarinfo xəbər verir ki, onlar bu barədə qərarlarını sosial şəbəkədə açıqlayıblar.
Qeyd edək ki, HƏP-in sədri sabiq səhiyyə naziri Əli İnsanovdur. İsfəndiyar Vahabzadə isə mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
Şərhlər