Xəbər lenti

Ölkə 13:54 17.01.2024

Bəyəndiyi qızın eyvanına nömrəsini atdı, onu qorxutdu - Həbs edildi

Bakının Nəsimi rayonunda bəyəndiyi qızın mənzilinin eyvanına telefon nömrəsi yazıb atan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 14 yanvar 2024-cü il tarixdə baş verib. 

Belə ki, 1996-cı ildə Yevlax şəhərində anadan olmuş Orxan Nəsirov (soyad şərti) yolda görüb-bəyəndiyi Zenfira (ad şərti) adlı qızı evinə kimi izləyib. Daha sonra onun evinin eyvanına telefon nömrəsini qoyub.

Zenfira bunu edən şəxsin kimliyini öyrənmək üçün həmin nömrə ilə əlaqə saxlayan zaman Orxan adlı şəxs ondan xoşu gəldiyini bildirib və söhbət etmək istəyib. Lakin qız həmin şəxsə onu bir daha narahat istməməsini tapşırıb. Buna baxmayaraq, Orxan yenə də ona zəng edib, mesajlar yazaraq narahatçılıq yaradıb, evdən çıxdığı zamanlar onun arxasınca gedib, tez-tez qarşısına çıxıb. 

Zenfira isə hər dəfə onu narahat etməməyi tələb etsə də, həmin şəxs öz hərəkətlərini davam etdirib, bir neçə dəfə gecə saatlarında tək yaşadığı mənzilin qapsını döyərək onu qorxudub. Zenfira qonşuları narahat etməmək üçün polisə məlumat verməyib, qorxduğu halda sakitcə onun oradan uzaqlaşmasını gözləyib. Orxanın bu hərəkətləri qonşuluqda yaşayan şəxslərin də haqlı narazılığına səbəb olub. 

Sonuncu dəfə 14 yanvar 2024-cü il tarixdə, gecə saatlarında Orxan onun mənzilinin qapısının döyərək səs-küy salıb, qapını açmasını tələb edib. Onun hərəkətlərinə digər qonşular da oyanıb. 

Məhkəmənin qərarı ilə Orxan Nəsirov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->