İdman 13:33 28.06.2022

Beynəlxalq Ağır Atletika Federasiyasına yeni prezident seçildi

25-26 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Hesabat-Seçki Konfransı keçirilib.
 
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Qaynarinfoya verilən məlumata görə mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.

Konfransda IWF-in prezident postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üçün seçkilər keçirilib, yeni vəzifə sahibləri müəyyən edilib.
 
Azərbaycanın nümayəndə heyəti Konfransda iştirakla yanaşı, bir sıra işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.
 
Səbuhi Həsənov