Xəbər lenti

Beyni silkələnən aktrisa:
Ölkə 13:03 09.06.2025

Beyni silkələnən aktrisa: "Nə edək, bəzən belə hallar da olur"

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova səhhəti ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Aktrisa Qaynarinfo-ya açıqlamasında hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunduğunu bildirib:

"Hazırda vəziyyətim ötən günlərlə müqayisədə yaxşıdır. Müalicə prosesi davam edir. Belə məlumatlarla gündəmə gəlməyi istəməzdim. Sənət adamları həmişə rolları, tamaşaları ilə gündəmə gəlməlidir. Amma nə edək, bəzən belə hallar da olur".

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova bir neçə gün öncə yolu keçərkən skuterlə toqquşub. Aktrisanın başı yerə dəyib və beyni silkələnib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->