Xəbər lenti

Viktor Orban:
Dünya 13:44 09.06.2025

Viktor Orban: "Ruslar yalnız güc dilini anlayır, Avropa güclü olmalıdır"

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ruslar yalnız güc dilini anlayır. bu səbəbdən Avropa İttifaqı Moskva ilə danışıqları məhz bu mövqedən aparmalıdır. Lakin Orbanın fikrincə, hazırda Avropa zəif olduğu üçün bunu edə bilmir. 

Qaynarinfo xəbər verir ki, onun fikirləri Fransanın LCI telekanalı yayımlayıb.

"Düşünürəm ki, ruslar yalnız güc dilini anlayır və Avropa güclü olmalıdır. Danışıqlar güc mövqeyindən aparılmalıdır. Təəssüf ki, biz hazırda zəifik, bu səbəbdən bizə amerikalılar lazımdır. Lakin uzunmüddətli perspektivdə Avropa güclənməlidir. Rusiya ilə strateji razılaşma lazımdır, lakin bunu yalnız güclü Avropa əldə edə bilər", deyə Orban vurğulayıb.

Orban əlavə edib ki, Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putini düşünmək əvəzinə, öz maraqlarını əsas götürməlidir. Onun sözlərinə görə, qitənin öz strateji maraqları var və bunları unutmamaq lazımdır. O, həmçinin Avropanı həm Rusiya ilə, həm də Rusiyaya qarşı güclü olmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Rusiya həddi aşarsa, Vaşinqton Moskva qarşısında çox sərt mövqe tutacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->