Xəbər lenti

Bəzi rayonlarında qar yağacaq (XƏBƏRDARLIQ)
Ölkə 10:15 01.01.2026

Bəzi rayonlarında qar yağacaq (XƏBƏRDARLIQ)

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
--> -->